Bu il Ukraynada 55 jurnalist hücuma məruz qalıb

2019-cu ilin 9 ayı ərzində Ukraynada jurnalistlərə qarşı 55 fiziki təcavüz hadisəsi qeydə alınıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bunu Ukrayna Milli Jurnalistlər Birliyinin (NSJU) rəhbəri Sergey Tomilenko “Ukrayna Jurnalistlərinin Fiziki Təhlükəsizlik İndeksi” monitorinq məlumatlarına istinadən bildirib.

Onun sözlərinə görə, media işçilərinə qarşı ən çox güc Kiyev və Odessada tətbiq edilib.

“İyul, avqust və sentyabr aylarında Ukraynada jurnalistlərə 19, ilin birinci yarısında isə 36 hücum edilib”, – deyə S.Tomilenko bildirib.

Bundan başqa, Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) mərkəzi ofisinə hücum edilib. Agentliyin 5 əməkdaşı xəsarət alıb, bəzi avadanlıqlar sıradan çıxıb.

Share: