“Maşa və Ayı” poçt markalarında

Rusiya poçtu oktyabr ayının 22-də “Müasir rus kinomatoqraf” seriya çərçivəsində “Maşa və Ayı” məşhur multiplikasiya serialının qəhramanlarına həsr olunan 3 poçt markasını dövriyyəyə buraxacaq.

Trend-in məlumatına görə, poçt markalarının üzərində cizgi filminin əsas qəhramanları Maşa və Ayı təsvir ediləcək. Poçt markalarının dövriyyəyə buraxıldığı gün Moskva, Sankt-Peterburq, Vladivostok, Barnaul, Kemerovo, Xabarovsk, Sevastopol şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markaların üzərinə xüsusi həkketmə həyata keçiriləcək. Layihə dizayner-rəssam S.Kapranova məxsusdur.

Hər 3 marka poçt vərəqində yer alaraq 37×37 mm ölçülərində hazırlanacaq və 300 min tiraj nüsxə ilə tədavülə buraxılacaq. Poçt vərəqi isə152×152 mm ölçülərində 100 min nüsxə ilə işıq üzü görəcək.

Bu orijinal poçt markaların nominalları 23 və 50 rubl təşkil ediləcək.

Qeyd edək ki, “Maşa və Ayı” ümumi auditoriyaya nəzərdə tutulan Rusiya multiplikasiya serialıdır. Cizgi filmi üçölçülü qrafikanın köməyi ilə Andrey Dobrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən yaradılıb. “Maşa və Ayı” Youtube portalında 20 milyarddan çox baxış sayına malik, təkcə lisenziyalı malların (oyuncaq, şokolad, uşaq yeməkləri və sair..) satışından 225 milyon dollar gəlir gətirən, Avropada uşaq bendləri arasında ilk beşliyə daxil olan animasiya serialıdır.

Share: