XXVI tura Bakıda start veriləcək

XXVI tura Bakıda start veriləcək

Azərbaycan Premyer Liqasında XXVI tura bu gün start veriləcək.

 

Moderator.az-ın məlumatına görə, günün yeganə oyunu Bakıda baş tutacaq.

Turnir cədvəlinin üst pillələrində qərarlaşan komandalar “ASCO Arena”da münasibətləri aydınlaşdıracaqlar. 37 xalla ikinci olan “Səbail” doğma meydanda 36 xalla dördüncü sırada yer alan “Sumqayıt”ı qəbul edəcək.

 

Qeyd edək ki, turun digər oyunları martın 9-10-da keçiriləcək.

Azərbaycan Premyer Liqası

 

XXVI tur

8 mart

 

19:00. “Səbail” – “Sumqayıt”

 

Bakı, “ASCO Arena”.

Mənbə

Share: