Karlo Ançelottidən Arda Gülərə tərif: “Şübhə yoxdur…”

Karlo Ançelottidən Arda Gülərə tərif: “Şübhə yoxdur…”

La Liqanın 28-ci həftəsində “Real Madrid” doğma meydanda “Selta Viqo”nu qəbul edib və Türkiyə millisinin futbolçusu Arda Gülər ​​ilk qolunu vurub.

 

Moderator.az xəbər verir ki, 89-cu dəqiqədə Vinisius Jr-ı əvəzləyən Arda Gülər ​​90+4-də toru silkələyib.

 

Karlo Ançelotti matçdan sonra gənc ulduzlarını tərifləyib:

 

“Arda hələ ki qısa oyun vaxtı əldə edir, lakin o, nəyə qadir olduğunu göstərdi. Böyük istedada sahibdir. O, uzun bir yol qət edib və güclü tərəfləri ilə oynayır. Onun gələcəyi buradadır, buna heç bir şübhə yoxdur”.

Qeyd edək ki, “Bənövşəyi-ağlar” matçdan 4-0 üstünlüklə ayrılıb. 

Mənbə

Share: