Sabahın hava proqnozu açıqlandı

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milletinsesi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-22, Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 

Share: