“Bu paylaşım hansısa dövlət tərəfindən Azərbaycana təzyiq-təhdid  xarakteri də daşıya bilər…”

“Bu paylaşım hansısa dövlət tərəfindən Azərbaycana təzyiq-təhdid  xarakteri də daşıya bilər…”

“…Məntiqi sual meydana çıxır: terror törətmək istəyən şəxs və ya qrup niyə əvvəlcədən həmin terrorun konkret ünvanlarını, vaxtını göstərir? Terrorçular adətən belə davranmırlar. Odur ki, burada cəmiyyətə hansısa bir psixoloji basqıdan söhbət gedə bilər…”

 

“Görünən budur ki, həmin mesajı kimin yaydığı da naməlum qalacaq…”

 

“Hər şey ola bilər. Ola bilər ki, bu hansısa özünü məşhurlaşdırmaq istəyən bir xəstənin, manyakın və yaxud fanatikin işidir. Mümkündür ki, bu, ölkədə qarışıqlıq yaratmaq məqsədi güdən hansısa qrupun əməli olsun. O da ola bilər ki, belə  bir təxribatı hazırlayıb ortalığa atan elə Rusiya hakimiyyətinin özüdür. Bununla hakimiyyətin cəmiyyətdə qorxu, xof yaratmaq və eyni zamanda da Kazan şəhərinə yeridəcəyi əlavə polis qüvvələrinin yeridilməsinə bir süni motiv qazandırmaq məqsədi güdməsi mümkündür”.

 

Bu ehtimallarla Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələlər üzrə ekspert Ərəstun Oruclu sosial şəbəkələrdə  “Халифат Азeрбайджан” adlı teleqram-kanalında valideynlər arasında təşviş yaradan paylaşımlar haqda danışarkən çıxış edib.

 

“Eyni zamanda bununla başqa hadisələrin mesajını da ötürə bilərlər. Çünki məntiqi sual meydana çıxır: terror törətmək istəyən şəxs və ya qrup niyə əvvəlcədən həmin terrorun konkret ünvanlarını, vaxtını göstərir? Terrorçular adətən belə davranmırlar. Odur ki, burada cəmiyyətə hansısa bir psixoloji basqıdan söhbət gedə bilər. Amma hər bir halda yenə də deyirəm ki, heç bir ciddi terrorçu təşkilat öncədən bu cür açıqlamalar vermir. Bu daha çox özünü məşhurlaşdırmaq istəyən hansısa anormal psixikaya malik adamın və ya adamların davranışına oxşayır, ya da burada hansısa xüsusi xidmət orqanlarının dəst-xətti var”,- deyə həmsöhbətimiz davamında bildirib.

 

Ekspert konkret olaraq sözügedn paylaşımların dolayısıyla Azərbaycan cəmiyyətinə,Bakı şəhərinə ünvanlanmasıyla bağlı da ehtimallarını səsləndirib.

 

“Tatarıstandan sonra belə bir paylaşımların konkret  olaraq Azərbaycan cəmiyyətinə yönəlməsinə gəlincə, bu hansısa yaxın xarici dövlət tərəfindən ölkəmizə qarşı təzyiq-təhdid xarakteri də daşıya bilər. Görünür, həmin dövlət bu yolla Azərbaycandan nəyisə tələb edir… Və əgər diqqət edirsizsə, bəhs edilən paylaşımlarda terror hədəfi kimi göstərilən məktəblərin nömrələri ardıcıllıqla yox, pərakəndə, yəni çaşqınlıq yaradıcı şəkildə göstərilib. Bunun bir psixoloji xəbərdarlıq xarakteri daşıması da mümkündür. O da sual yaradır ki, niyə məhz Azərbaycanda da rus dilində yayılıb bu paylaşım; “xilafət” hara, rus dili hara? Görünən budur ki, həmin mesajı kimin yaydığı da naməlum qalacaq”, – analitik belə deyib.

 

Sultan Laçın

 

Mənbə

Share: