“Bornmut”dan “Qarabağ”a “yaşıl işıq”

İngiltərənin “Bornmut” klubu qapıçısı Aron Ramzdeyllə müqavilənin müddətini uzadıb.

Qol.az-ın Premyer Liqa təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı qolkiperlə uzunmüddətli müqavilə imzalanıb.

“Bornmut”un Ramzdeyllə müqavilə imzalaması “Qarabağ”ın Beqoviçi mövsümün sonuna qədər icarəyə götürməsinə şərait yaradıb. Ağdam klubu Avropa Liqasında qrup mərhələsini keçəcəyi təqdirdə,  32 yaşlı qolkiper üçün yenidən danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, Beqoviçin “Qarabağ”la hazırkı müqaviləsinin müddəti bu ilin sonuna kimidir.

Share: