Xankəndidə həlak olan polislərin FOTOSU

Xankəndidə həlak olan polislərin FOTOSU

Martın 13-də saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşlarından ikisinin xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olmaları barədə xəbər vermişdik. 

 

Xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan 1 atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində dəfn edilib.

 

Vəfat edən polis serjantı Abid Mustafazadə isə Yardımlı rayonunun Əsədabad kəndində torpağa tapşırılıb. Dəfn mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, rəhbər şəxslər iştirak ediblər.

 

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır.

 

Abid Mustafazadənin dəfnindən fotoları təqdim edirik:

 

 

 

 

Mənbə

Share: