Ölüm xəbəri yayılan III Çarlz ictimaiyyət qarşısına çıxdı

Ölüm xəbəri yayılan III Çarlz ictimaiyyət qarşısına çıxdı

İngiltərə kralı III Çarlz bazar ertəsi onun ölümü ilə bağlı şayiələr yayıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Martın 19-da o, avtomobilinə əyləşərək Vindzor qəsrini tərk edib və Bukingem sarayının yanında yerləşən, kral ailəsi üzvlərinin London iqamətgahı sayılan Klarens Hausa yollanıb.

Qeyd edək ki, yanvarın 26-da 75 yaşlı III Çarlz prostatın böyüməsi səbəbindən əməliyyat keçirib. Fevralın əvvəlində isə Əlahəzrətə xərçəng diaqnozu qoyulub.

 

Mənbə: TASS

Mənbə

Share: