“Mançester Yunayted”in zədəli futbolçusu Pol Poqbanın durumuna aydınlıq gəlib.
Qol.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə mətbuatına açıqlamasında bildirib. O, fransalı yarımmüdafiəçinin dekabra qədər yaşıl meydanlardan uzaq qalacağını deyib.
Qeyd edək ki, Poqba “Mançester Yunayted”in avqustun 31-də, Premyer Liqanın 4-cü turunda “Sauthempton”la qarşılaşdığı oyunda (1:1) zədələnmişdi.