İYİ Partiya sədrliyinə 3 NAMİZƏD

Türkiyədə İYİ Partiyanın sədri Meral Akşener növbədənkənar qurultayda yenidən namizəd olmayacağını elan etdikdən sonra partiyanın əsas simalarından olan parlament fraksiyasının sədr müavini Müsavat Dervişoğlu namizəd olacağını açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dervişoğlu Akşenerin qərarına hörmət etdiyini bildirib.

 

Martın 31-də keçirilən yerli seçkilərdə Türkiyə üzrə 3,77 faiz səs toplayan İYİ Partiyada sədrliyə İdarə Heyətinin üzvü Günay Kodaz və sədr müavini Mehmet Tolqa Akalın da Akşenerin açıqlamasından əvvəl sədrliyə namizəd olduqlarını elan ediblər.

 

Bundan başqa, partiyanın qurucularından olan tanınmış siyasətçi Koray Aydının da namizəd olması gözlənilir.

Bu xəbər ilə bağlı

Akşener İYİ partiya sədrliyinə namizəd olmayacaq – YENİLƏNİB


Xəbəri oxu

Mənbə

Share: