BQXK-nın Xankəndi ofisi Bərdəyə köçürülüb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.

 

Moderator.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

O bildirib ki, BQXK-nın həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq:

 

“Ehtiyacı olan insanlara dəstəyimiz davam etdiriləcək”.

 

Qeyd edək ki, bundan əvvəl BQXK-nın ofisi Xankəndidə fəaliyyət göstərirdi.

 

Mənbə

Share: