“Heç zaman əziyyət yerdə qalmır, düzgün çalışmaq və hədəflərə doğru irəliləmək lazımdır”.
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev şəxsi instaqram hesabında yazıb.
Bakıda keçirilmiş Avropa Olimpiya Təsnifat turnirində olimpiadaya lisenziya əldə edən təcrübəli idmançı doğma azarkeşlər önündə möhtəşəm qələbə qazandığını bildirib:
“Artıq üçüncü dəfədir ki, Yay Olimpiya Oyunlarına vəsiqə qazanıram. Bu, tarixi qələbədir. Üçüncü olimpiya medalına doğru addımlayıram. Yarışda mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Əliyev çətin yolda ona dəstək olan və kömək göstərən insanların çox olduğunu vurğulayıb:
“Cənab Prezidentimiz İlham Əliyevə mənə və idmançılara hər zaman göstərdiyi diqqət üçün təşəkkür edirəm. Eyni zamanda Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarova, federasiyanın bütün işçi, məşqçi, idmançı və həkim kollektivinə minnətdaram. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə, SOCAR prezidenti Rövşən Nəcəfə, uzun illərdi yanımda olan ailəmə, atama, anama, şəxsi məşqçilərimə və illərdir məni tək qoymayan, hər gün yanımda olan qardaşım Yaşar Əliyevə təşəkkür edirəm. Bu, hər birimizin, xalqımızın qələbəsidir. İnşallah, yolumuz Paris-2024 Yay Olimpiya Oyunlarınadır. Rəbbim bizə hər zaman qələbə nəsib etsin. Bu sevinci yaşadan Allaha həmd olsun”.