“O, hakimiyyətə partiyasındakı köhnə qvardiya ilə gəlmişdi. Həmin kadrların hamısı yetişmiş, sanballı siyasətçilər idi. Onlar bir müddət ölkəni idarə etdilər. Lakin…”
“Bunu hələ demək mümkün deyil. Son ana qədər AKP liderliyinə varisin kim olacağı bilinməyəcək. Kim olur-olsun, Ərdoğan səviyyəsində onu əvəz edə bilməyəcək”.
Bu fikirləri Moderator.az-a açıqlamasında “Ərdoğanın AKP liderliyində varisi kimi bir çox şərhçilər hazırkı xarici işlər naziri, keçmiş MİT rəhbəri Hakan Fidanı görür. Siz necə düşünürsünüz?”sualını cavablandırarkən Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov dilə gətirib.
“Ümumiyyətlə, bu seçkilər də, bundan öncəkilər də göstərdi ki, son illər Ərdoğanın kadr seçimi çox zəif oldu. O, hakimiyyətə partiyasındakı köhnə qvardiya ilə gəlmişdi. Həmin kadrların hamısı yetişmiş, sanballı siyasətçilər idi. Onlar bir müddət ölkəni idarə etdilər. Lakin onların ardınca gələn kadrlar vəzifələrdə çalışdıqdan bir müddət sonra məlum oldu ki, əksəriyyəti uğursuzdur. Ərdoğan özü lider olsa da, böyük nəticələr əldə etsə də, hakimiyyətdə irəli sürdüyü kadrların uğursuzluğu göz qabağındadır…”
Sultan Laçın