“Minatəmizləmədə Azərbaycanın ən böyük dəstəkçisiyik”

Avropa İttifaqı minatəmizləmə məsələsində Azərbaycanın ən böyük dəstəkçisidir.

 

Bunu Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkədə qeyd edib.

 

“Durumu dəyişə biləcəyimizlə fəxr edirəm: minaların təmizlənməsinə gəldikdə, Aİ Azərbaycanın ən böyük dəstəkçisidir. Aİ qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə qadınların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, – sədr bildirib.

Mənbə

Share: