Gəncə şəhərində yanğın hadisəsi olub, 1 nəfər ölüb.
Moderator.az-ın məlumatına görə, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb.
Ümumi sahəsi 190 kvadratmetr olan 2 mərtəbəli evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.
Evə baxış zamanı 1966-cı il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.