Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır

Rusiya Yaxın Şərqdə növbəti təhlükəli eskalasiyadan son dərəcə narahatdır və bütün tərəfləri təmkinli olmağa çağırır.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İsrail ərazisinə hücumla bağlı bəyanatında deyilir.

 

“Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında çox vaxt məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların nizamlanmamış təbiəti gərginlik amilidir. Biz bütün tərəfləri təmkinli olmağa çağırırıq, regional dövlətlərin mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəyini gözləyirik”, – Rusiya XİN qeyd edib.

Mənbə

Share: