Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”

Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.

 

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi Ruslan Elşən oğlu Kərimov uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.

 

Şagirdin yaxınlarının verdikləri məlumata görə, Ruslanın xəstəliyinin müalicəsi mümkün olmayıb:

 

“Ruslan çox yaxşı oxuyurdu, əlaçı idi. Fəal şagirdlərdən idi. Noyabr ayında beynində şiş aşkarlandı. Hətta xarici ölkədəki həkimlərə də müraciət etdilər. Ancaq xilas etmək mümkün olmadı, rəhmətə getdi”.

 

Mənbə

Share: