“Mütəxəssislər Hacı Şahin Həsənlinin “Youtube” kanalının geri qaytarılması istiqamətində iş aparırlar, səhifənin nə zaman qaytarılacağına dair konkret bir söz deyilmir. Biz də nəticəni gözləyirik”.
Bu barədə Teleqraf.com-a Hacı Şahin Həsənlinin köməkçisi olmuş Qədir Sadatxanov deyib.
Onun sözlərinə görə, mütəxəssislər səhifə qaytarılanda videoların bərpa olunacağını bildiriblər:
“Hələkik hücumun konkret haradan olduğu barədə məlumat verilməyib”.