Evdə nə qədər təmizlik aparmağımızdan asılı olmayaraq, bakteriyalar bəzən fərqli yerlərdə qarşımıza çıxır.
Milletinsesi.az medicina.az-a istinadən bildirir ki, gözlənilməz yerlərdə toplaşan bu bakteriyalar sağlamlığımızı təhdid edir. Bəs, xərçəngə səbəb olan bu bakteriyalar evimizin əsasən hansı hissələrindədir?
Qab yuyan süngər
Bütün günü təmizləyici vasitələr ilə köpüklədiyimiz süngərin milyonlarla bakteriya daşıyacağını düşünməmiş ola bilərik, amma təəssüf ki, bu həqiqət deyil. Tədqiqatlar göstərir ki, bir qab süngərinin bir kvadrat santimetrində 50 min bakteriya yaşayır. Buna görə bu süngərləri həftədə bir dəfə dəyişdirməli və ya hər gün ağartma ilə islatmalısan.
Su kranları
Hər gün təmizlənməsi üçün su tökdüyümüz bir bölgənin təmiz ola bilməyəcəyi təsəvvür edilmir. Ancaq alimlər bir mətbəx kranının hər santimetrində 6 min bakteriya yaşadığını söyləyir. Eyni şəkildə vanna otağı kranları bu şəkildə minlərlə bakteriya qəbul edir.
Kompüterlər
Əlinizdə olan kompüterləri gün ərzində tez-tez təmizləməlisiniz. Çünki əllərinizlə toxunduğunuz hər yerdən bakteriya toplayırsınız. Xüsusilə kompüter qarşısında yemək vərdişiniz varsa, bakteriyaların sayı milyonlarla çata bilər. Tez-tez yalnız kompüterinizin ekranını deyil, həm də klaviaturanı təmizləməlisiniz.
Xalçalar
Xalçaları nə qədər təmizləsək də, hər növ bakteriyaların saxlandığı yer olduğu fikrinə artıq çoxdan öyrənmişik. Bu səbəblə bir çox xalça markaları antibakterial xalçalar kimi satışa çıxararaq vəziyyətin qarşısını almağa çalışır. Ancaq bilməliyik ki, ayaqlarımızla xalçamıza hər növ mikrobu daşıyırıq və onları hər gün təmizləməliyik.