80 ildir ki, bu gün, yəni may ayının 3-ü türklüyü ilə qürur duyanlar, türk dünyasının birliyinə və inkişafına çalışanlar tərəfindən Türkçülük Günü kimi qutlanmaqdadır.
Millətin Səai.az xəbər verir ki, bu sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı qeyd edib.
O bildirib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan həyatına bu bayramı biz, ailə olaraq, gətirdik və illərlə Avroasiya genişliyinin hər tərəfindən ucalan bənzərsiz və gözəl melodiyaları Bakıda birləşdirib möhtəşəm bir Turan xoruna çevirdik:
“Şükür, dövlətimiz Turanın bu səs, söz birliyini Şuşaya, Cıdır düzünə yüksəltdi! Türkçülük bayramınız qutlu olsun!”
Qeyd edək ki, Türkçülük Günü ilə bağlı uzun müddət hər il 3 mayda Azəri-Türk Qadınlar Birliyinin də təşkilatçılığı ilə Bakıda tədbirlər təşkil olunurdu.