Rusiya nüvə təlimlərinə hazırlaşır

Prezident Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələrinin təlimlərinə hazırlığa başlayıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirlyi məlumat yayıb.

Bildirilib ki, təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlığı və istifadəsi üzrə bir sıra tədbirlər həyata keçiriləcək.

“Təlimlər ayrı-ayrı şəxslərin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq bölmələrin şəxsi heyətinin və texnikasının qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə hazırlığını saxlamaq, cavab tədbirləri görmək və Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır”, – Rusiya MN vurğulayıb.

Share: