Rusiyanın Həştərxan vilayətinin sakini Tənzilə Bisembeyeva 123 yaşında vəfat edib.
Trend-in məlumatına görə o, dünyanın ən yaşlı sakini hesab olunurdu.
T.Bisembeyeva 1896-cı ilin martında Həştərxan vilayətində anadan olmuşdu.
Hazırda dünyanın ən yaşlı sakini rəsmi olaraq yaponiyalı Kane Tanaka hesab olunur. O, 1903-cü ilin yanvarında anadan olub.