“Azərbaycan hərbi texnika ixracını genişləndirəcək”

Bugünlərdə Azərbaycan istehsalı olan 10 ədəd “Revival P” markalı yeni minatəmizləmə maşınları Qarabağda əməliyyatlara cəlb olunub.

 

Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bunu ölkəmizin sürətlə artan hərbi-iqtisadi qüdrəti kimi səciyyələndirib:

 

“Son vaxtlar ölkəmizdə hərbi sahədə yerli istehsalın payının artması müşahidə olunur. 2024-cü ildə bu sahəyə 1 milyard manat məbləğində sərmayə qoyuluşu nəzərdə tutulub.

 

Milli minatəmizləyən maşınların istifadəsi bir tərəfdən bu sahəyə innovasiya və texnologiyanın cəlb edilməsi anlamına gəlir. Digər tərəfdən isə bu, həm də Azərbaycanın hərbi-iqtisadi gücünü göstərir.

 

Azərbaycan qarşıdakı dövrlərdə həm minatəmizləmə, həm də hərbi sənayenin digər sahələrində yeni texnikalar ixrac edən ölkəyə çevriləcək. Yəni biz sadəcə hərbi texnika istehsal edən  dövlət deyil, həm də onun ixracını genişləndirən ölkə olacağıq.

 

Hərbi sənaye ixracının artması ölkəmizə valyuta axınını da genişləndirəcək.

 

Bütövlükdə baş verənlər onu göstərir ki, ölkəmizin hərbi-iqtisadi qüdrəti sürətlə artır və bu, haqlı olaraq hər birimizdə qürur hissi doğurur”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: