“Rusiya Federasiyasının nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin Əsasları”na görə, “Voronej” tipli radarlara hücuma nüvə zərbəsi ilə cavab verilə bilər…”
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Ukrayna sərhəddindən təxminən 1800 km məsafədə yerləşən Orenburq vilayətinin Orsk şəhərı yaxınlığındakı uzaq mənzilli “Voronej-M” radiolokasiya stansiyasına zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarına istinadən “Hromadske” müstəqil ictimai təşkilatının saytı məlumat verib. Məlumatı “svoboda.org” nəşri yayıb.
Məlumatda deyilir ki, söhbət zərbənin rekord məsafəsindən gedir. Əvvəllər USQ dronlarının ən uzaq hədəfi Ukraynaya Orska nisbətən 140 km yaxınlıqda yerləşən Başqırdıstandakı obyekt hesab edilib.
Orenburq vilayətinin hakimiyyəti Orsk yaxınlığında USQ dronunun düşdüyünü etiraf edib. Regional KİV-lər yerli məmurlara istinadən qurbanlar və infrastrukturun dağılmasının olmadığını xəbər verir.
“Azadlıq” radiostansiyasının Ukrayna redaksiyasının jurnalistləri də dronla Rusiya radarına zərbə endirməsi barədə məlumat verib. Bu barədə məlumatı onlara Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi verib.
Həmçinin jurnalistlər Amerikanın özəl “Planet Labs” şirkətinin peyki tərəfindən çəkilmiş fotoşəkillərini əldə edib. Bu şəkillərdə hücumun nəticəsi əks olunub.
Orenburq vilayətində yerləşən uzaqmənzilli “Voronej-M” radiolokasiya stansiyası 6 km məsafədəyək ballistik raketlərin buraxılışını aşkar edir.
2017-ci ildə istismara verilib. Stansiya Çinin qərbindəki Təkla-Məkan səhrasından Aralıq dənizi sahillərinədək bölgəyə nəzarət edir.
Ötən həftənin sonunda Ukrayna PUA-larının Krasnodar diyarında yerləşən belə bir radara hücumu barədə məlumat verilib.
“Rusiya Federasiyasının nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin Əsasları haqqında” Rusiya prezidentinin 2020-ci ilin iyun ayında imzaladığı fərmana əsasən, “Voronej” tipli radarlara hücumlara nüvə zərbəsi ilə cavab verilə bilər.