İranın Sahil Mühafizə Xidməti Fars körfəzində yanacaq daşıyan gəmini ələ keçirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Gəminin qanunsuz yanacaq daşıdığına görə müsadirə olunduğu bildirilib.
Məlumatda gəminin 5 ekipaj üzvünün həbs edildiyi bildirilsə də, onların kimliyi və hansı ölkənin vətəndaşı olduğu barədə açıqlama verilməyib.