“Sabah”ın futbolçusuAnatoli Nuriyev ikitərəfli qasıq yırtığından əməliyyat olunub.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində keçirilən əməliyyat uğurla başa çatıb.
Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.