Fransa İrəvana silah satır: Bakı bu cür qisas alır – “Blumberq”

 Fransa seçkilərin nəticələrindən asılı olmayaraq, Ermənistana hərbi dəstəyini davam etdirəcək.

Millətin Səsi.azxəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadla məlumat yayıb.Sayt iddia edib ki, Fransanın Ermənistana silah ötürməsinə Azərbaycan Fransa ərazilərində, Sakit okeanda, Karib dənizində və Latın Amerikasında davam edən Fransaya qarşı çıxışları dəstəkləməklə cavab verir.Nəşr yazıb ki, Bakıda yerləşən qrup Fransa Polineziyası və Yeni Kaledoniya kimi yerlərdə müstəqillik tərəfdarlarını dəstəkləyərək, xaricdəki bir çox regionda Parisin hakimiyyətinə son qoymağa çalışır:

“Dünyada üçüncü ən böyük erməni diasporunun məskunlaşdığı Fransa İrəvanla yeni silah tədarükü müqaviləsi imzaladıqdan sonra qarşıdurma daha da şiddətlənəcək kimi görünür. Prezident Emmanuel Makronun təyin etdiyi növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Parisin Ermənistana hərbi dəstəyini davam etdirəcəyi gözlənilir”.

Axar.az

Share: