Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Paris şəhərinə səfəri çərçivəsində FİFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Milletinsesi.az xəbər verir ki, görüşdə FİFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.
Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri nəzərdən keçirilib.
Görüşdə Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FİFA series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.