ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.
Milletinsesi.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.
“Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın – bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan Komandası – qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!”, -deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabaya qalib gələrək olimpiadanın qızıl medalını qazanıb.