Bu gün paytaxtda hava necə olacaq?

Bu gün paytaxtda hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən Millətin Səsi.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Share: