Mehriban Əliyeva güləşçimizi təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvilini təbrik edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə birinci xanım özünün İnstaqram səhifəsində yazıb:

“Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr nailiyyətlər arzulayıram!”

Share: