BMT İsrail və Hizbullaha müraciət etdi

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi Hizbullah şiə hərəkatı və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.

Milletinsesi.az APA-a istinadən xəbər verir ki, Bəyanat təşkilatın saytında dərc olunub.

“BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, – bəyanatda deyilir.

Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.

Share: