“Həmkarlar İttifaqında” “aclıq” başlayıb

“Həmkarlar İttifaqında”  “aclıq” başlayıb

Doğrudanda bizim cəmiyyətə yaxşılıq və şəffaflıq yaramır. APA TV-nin “Həmkarlar İttifaqının” yeni rəhbərliyinin ünvanına səsləndirdiyi iddalar yersizdir; guya ki, “putyovka”lar altdan-altdan satılır. Bu haqda adı çəkilən mətbu orqanına adının çəkilməsini istəməyən vətəndaşlar məlumat verib. Həmin məlumatın yalan olduğunu faktlarla və adlarla sübut edirəm. Özümün və orda tanış olduğum Aydın, Əli, Cavid, Qazaxıstandan olan Qurban və digərlərinin vasitəsi ilə..

Mən on gün əvvəl “Şıx”  sanatoriyasında oldum. “Putyovka”nın alınması prosesindən müalicəm qurtarana qədər yaradılan şəraitin qüsursuz və ideal olduğunu hər bir nəfərin diqqətinə çatdırmaq istəyirəm. Bütün  ödənişlər onlayn qaydada və nağdsız şəkildə aparılır. Otaqlar təmiz və şəraitli, qidaları dadlı, qəbulda oturanlar gülərüz və opeartiv, bütün müalicələrdə xidmət göstərən kontingent yüksək səviyyəli.. Bir az “pyutofka” alanda telefon nömrələrinə gec düşürsən, o da anlaşılandır. Çünki xidmətdən  istifadə etmək istəyənlərin sayı çoxdur.

Həmkarlar İttifaqı Konfederasiyasının yeni rəhbərliyinin  yaratdığı sistem əslində  ezamiyyət vərəqəsini satanların “çörəyini” kəsib, sata bilmirlər. İşçilər üçün aclıqdı. Əmək haqqından əlavə bir manat da “qazana” bilmirlər. Fikirləşərsiz ki, bəlkə Konfederasiya  rəhbərliyi ilə hər hansı tanışlığım var, əsla.. Heç adını da bilmirəm.. Məqsədim hər şeyi öz adı ilə çağırmaq və düzgünlükdür..

14 günlük ezamiyyət vərəqəsi üçün “Həmkarlar İttifaqı”nın bank hesabına 315 manat ödədim; buna daxil idi, tək otaq, limitsiz qidalanma, 45 adda müalicə.. Müalicələr yaxşı təsir bağışladığı üşün əlavə olaraq yenidən ödənişli müalicə kursu götürmüşəm, seansları davam etdirirəm. Bir də yanımda dostumu aparmışam, o da müalicə alır. Həkimlərə xususu təşəkkür  edirəm; Tələt həkim, Uzi həkimi Firuzə xanım, ürək həkimi Könül xanıma..

Dünən  “Şıx” sanatoriyasının qeydiyyat bölməsində üçgünlük müalucə  üçün 78 manat ödədim. Onu da terminal vasitəsi ilə..

Səttar Mehbalıyevin  vaxtında da “putyovka”  alırdım. Ona buna xahiş, minnətlə, ikiqat qiymətə ..İmkan verin yaşaq da.. Gərək Lətifkimilərə yalvaraq!!

Talıb Əhədov

Share: