UEFA medal qalmaqalına görə üzr istədi

UEFA medal qalmaqalına görə üzr istədi

UEFA Avropa Liqasının finalından sonra mükafatlandırma mərasimində baş verənlərə görə “Tottenhem”dən üzr istəyib.

QOL.az xəbər verir ki, həlledici matçda “Mançester Yunayted”ə qalib gələn London klubu mükafatlandırılarkən komandanın üç futbolçusuna qızıl medal çatmayıb.

 

 

UEFA-nın mətbuat xidmətindən “Reuters”ə açıqlamada bildirilib ki, çatışmazlıq paltardəyişmə otağında aradan qaldırılıb: “Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların və medalların sayındakı gözlənilməz uyğunsuzluq oldu. Səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Medallar dərhal soyunub-geyinmə otağında qalib komandaya çatdırıldı. Buna görə üzr istəyirik”. 

Xatırladaq ki, mükafatlandırma zamanı komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalszı qalıb. UEFA prezidenti Aleksander Çeferin boş qalan mükafat qutusuna təəccüblə baxıb və növbədə medalını gözləyən üç futbolçunun əlini sıxmaqla kifayətlənib.

Share: