Ukraynanın Kurskdakı qüvvələrinin yeni strategiyası var – sürətlə hərəkətə keçmək və rus qoşunlarını mühasirəyə almaq.
Millətin Səsi.az xəbər verir ki, bunu “Forbes”in analitiki Devid Eks deyib.
“95-ci Hava Hücum Briqadasının rəhbərlik etdiyi Ukrayna taktiki qrupu Novıy Putdan sağda və Vesyoloyenin cənubundan keçən yolu kəsir. Əgər Novıy Putun şimal-şərqinə doğru irəliləyən ukraynalılar əsas sektorda digər Ukrayna bölmələri ilə birləşsələr, onlar potensial olaraq minlərlə rusu mühasirəyə ala bilərlər”, – Eks bildirib.
Onun sözlərinə görə, yerli coğrafi şərait Ukrayna ordusunun rus qoşunlarını mühasirəyə almasına şərait yaradır:
“Ukrayna ordusu Seym üzərindən keçən bütün körpüləri dağıdıb, ona görə də çayın cənubundakı bütün rus qoşunlarının taleyi müvəqqəti pontonlardan və ya Korenevo şəhəri üzərindəki dar körpüdən asılıdır”.