Kürdə boğulan DSX-nin əməkdaşı imiş

 Şəmkirdə 35 yaşlı kişinin Kür çayında boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Millətin Səsi.az-ın əldə etdiyi məlumata görə, çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.O, şənbə günü xidmətdən kənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib. Bu zaman Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

Share: