Gürcüstanı Rusiya hökuməti idarə edir.
Millətin Səsi.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“2012-ci ildən hakimiyyətdə olan Gürcü Arzusu Partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikasına əsaslanan kampaniya aparır”, – Zurabişvili bildirib.
Prezident hakim partiyanı dövlət qulluqçularını səs verməyə məcbur etməkdə, müxalifət fəallarına hücumda, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib:
“Bu, adi seçki deyil, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir”.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi 26 oktyabrda keçiriləcək.