Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb.
Millətin Səsi.sz Report-a istinadən məlumat verir ki, şəhərin 76-cı məhəllə ərazisində 1997-ci il təvəllüdlü Ceyhun Əşrəf oğlu Xəlifzadəvə 1992-ci il təvəllüdlü Zahir Novruz oğlu İsmayılov bıçaqlanıb.
Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.