Rusiya səsdən sürətli təyyarə hazırlayacaq

Rusiyada səsdən sürətli sərnişin təyyarəsinin hazırlanmasına başlanıla bilər.

Millətin Səsi.az xəbər verir ki. bu sözləri Rusiya Baş nazirinin müavini Vitali Savelyev deyib.

Savelyevin fikrincə, səsdən sürətli sərnişin təyyarələri Tu-144 və “Concorde” öz dövrünü bir qədər qabaqlayırdı, lakin Rusiya aviasiya sənayesi bu cür təyyarələrin yaradılması məsələsinə qayıdacaq, çünki gələcək onların üzərindədir:

“Ölkənin mərkəzi ərazilərindən Uzaq Şərqə uçmaq üçün 8-10 saat vaxt çoxdur”.

Share: