Bayden 5,6 milyardlıq yardımı Kiyevə verə biləcəkmi?

Səlahiyyət müddəti başa çatmaqda olan Co Baydenin administrasiyası ABŞ Konqresinin təsdiq etdiyi qalan 5,6 milyard dolları Ukraynaya verməyə vaxt tapmaya bilər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

“Bu administrasiya qaldığı müddətcə hərbi yardım paketləri verməyə davam edəcəyik. Lakin 5,6 milyard dollar kifayət qədər ciddi bir səlahiyyət məsələsidir, ona görə də güman edirəm ki, bəziləri növbəti administrasiyaya veriləcək və onun sərəncamında qalacaq”, – mənbə bildirib.

Share: