Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Millətin Səsi.az xəbər verir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Share: