Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Millətin Səsi.az xəbər verir ki, Rusiya Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətinə toxunulub, Vladimir Putinin bu il Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsi işinə mühüm töhfə verdiyi qeyd olunub.
Telefon söhbəti zamanı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.