AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 25 nəfər sağdır!

Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

***

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında yaralanan 25 nəfər xəstəxanaya yerləşdirilib. 

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Operativ Qərargahı məlumat yayıb.

Share: