Son 5 il ərzidə İranda 5 min turizm agentliyinin 3 mini bağlanıb və son 9 ay ərzində 16 ölkə vərəndaşlarına İrana səfər etməməklə bağlı xəbərdarlıq edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Etimad” qəzeti məlumat yayıb.
“Fransa, Almaniya, ABŞ, Kanada, Yaponiya və Böyük Britaniya da daxil olmaqla, 16 ölkə regional gərginlik, ikili vətəndaşların İranda həbs riski, etiraz aksiyalarında iştirak bəhanəsi ilə onların girov saxlanılması və bəzi başqa qanuni məhdudiyyətlər səbəbindən İrana səfər etməmək barədə xəbərdarlıq edib”, – qəzet yazıb.