Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həlak olanlar sırasında 22 yaşlı Əli Mirzəbəy oğlu və bacısı 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də var.
Qəzada həyatını itirən bacı-qardaş kənddə tək yaşayırlarmış. Onların valideynləri illər əvvəl dünyalarını dəyişib.
Qeyd edək ki, Qusar rayon Suduroba kənd icra nümayəndəsi Ənvər Balabəyov bacı-qardaşın ölümü barədə məlumatı qəzada həyatını itirənlərin siyahısından öyrənib.