Danimarkadan ABŞ-a Qrenlandiya mesajı: Biz hazırıq!

Danimarka hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasına şəxsi mesajlar göndərərək, onu Qrenlandiyanın təhlükəsizlik problemlərini adanı ABŞ-ın tərkibinə daxil etmədən həll edə biləcəyinə inandırmağa çalışıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumat görə, Danimarka adanın təhlükəsizliyinin gücləndirilməsi və ya oradakı Amerika hərbi mövcudluğunun artırılmasını müzakirə etməyə hazır olduğunu bildirib.

Share: