Maliyyə nazirini bu şəxs əvəz edir

Azərbaycan maliyyə nazirinin səlahiyyətlərini icra edən şəxs məlum olub.

Millətin Səsi.az xəbər verir ki, hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir. O, 2004-cü ildən nazir müavini postunda çalışır.

A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, maliyyə nazirinin bir birinci müavini və üç müavini var. Hazırda isə maliyyə nazirinin birinci müavin və digər iki müavin vəzifəsi boşdur.

Yanvarın 10-da maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. O, 2006-cı ildən bu vəzifədə çalışırdı.

Share: