Los-Ancelesdə yanğının sığorta zərəri 40 milyarda çata bilər

 Kaliforniyada davam edən yanğınların sığorta zərəri 40 milyard dollar təşkil edə bilər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Bloomberg, Keefe Bruyette & Woods (KBW) investisiya bankının məlumatlarına istinadən xəbər yayıb.
Bankın nümayəndələri qeyd ediblər ki, fəlakətdən dəyən ziyan sürətlə artmağa davam edir. 
Yeni proqnozun açıqlamasına bir gün qalmış sığorta sahəsinə dəymiş zərərin məbləğinin iki dəfə az olacağı gözlənilirdi. 
Optimist hesablamalara görə, itkilər 25 milyard dollar təşkil edəcək. Lakin bank hesab edir ki, zərər artmaqda davam edəcək, çünki Los-Ancelesin böyük hissəsində yanğını nəzarət altına almaq hələ də mümkün olmayıb.

Share: