Böyük Britaniya və digər Avropa ölkələri Ukraynada genişmiqyaslı sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı fikir ayrılığına malikdir.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” diplomat və rəsmi mənbələrə istinadla məlumat yayıb.
“Böyük Britaniya, Fransa və Skandinaviya ölkələri atəşkəs razılaşdırılarsa, on minlərlə qoşun göndərmək üçün Avropa təşəbbüsü ideyasını dəstəkləyir. Lakin Almaniya və digər ölkələrin buna qarşı çıxdığı məlumdur”, – məlumatda qeyd olunub.